Menu

PUTİN YENƏ SÖZÜNÜ TUTMADI - Rusiya ordusunun “Azovstal”a hücumu başladı + VİDEO

03.05.2022, 19:20
PUTİN YENƏ SÖZÜNÜ TUTMADI - Rusiya ordusunun “Azovstal”a hücumu başladı + VİDEO


Rusiya qoşunları Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavoduna hücum edib.

UNİAN- ın məlumatına görə, “Azov” alayının komandirinin müavini Svyatoslav Palamar (Kalina) bildirib ki, Rusiya qoşunları hazırda zavodun ərazisinə soxulmağa çalışır:“Bütün gecə bizi havadan bombaladılar, iki mülki qadın öldürüldü, indi də “Azovstal”a hücum edilir”.

Jurnalist Andrey Tsapliyenko da “Telegram” kanalında hücumun başladığını təsdiqləyib: “Hazırda zavodun ərazisinə soxulmağa çalışırlar. Məlumatı “Azov” alayının komandir müavini də təsdiqləyir. Hələlik əlavə təfərrüat yoxdur”.

Qeyd edək ki, mayın 1-də Mariupoldakı “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb.

Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, “Azovstal” ərazisində yerləşən sığınacaqlardan 100-dən çox insan çıxarılıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə , "Azovstal"dakı sənaye zonasına hüguma ehtiyac olmadığını bildirmişdi. 

Şoyqu bildirmişdi ki, "Azovstal" bütün perimetr boyunca hərtərəfli bloklanıb: "Azovstal"da bu işi başa çatdırmaq üçün bizə təxminən üç-dörd gün lazımdır".

"Bu katakombalara girməyə, bu sənaye obyektləri boyunca yerin altında sürünməyə ehtiyac yoxdur. Bu sənaye zonasını bağlayın ki, milçək uçmasın. Silahlarını yerə qoymamış hər kəsə bunu bir daha təklif edin", - Putin qeyd edib.

Putin vurğulayıb ki, Rusiya tərəfi onlara beynəlxalq hüquqi aktlara uyğun həyat və layiqli müalicəyə zəmanət verir, yaralılara ixtisaslı tibbi yardım göstəriləcək.

Ancaq "Azovstal” zavoduna hücumun başlaması Putinin yenə də fikriini dəyişdiyini göstərir. 

Elman

"AzPolitika.info"


Şərhlər

Eli 2022-05-03 16:54:02

Putin sözünü tutsması mümkün deyil.Putinin Erdoğandan bilirsiniz niye xoşu gelir ,çünki Erdoğan Kişi adamdır,sözü deyir ve onu heyata keçirir.Putin de isteyir onun kimi Kişi olsun ancaq ols bilmir,milli genofond imkan vermir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol