Menu

Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanılıb

03.05.2022, 17:04
Azad edilmiş ərazilərdən metal toplayan şəxslər saxlanılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri tədbirlər nəticəsində Təzəkənd kəndi ərazisində nəzarət postunda Misir Alıyev, Şahmar Allahverdiyev, Pərviz Məmmədov və Ravel Süleymanovun idarələrində olan “Shacman” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman işğaldan azad edilmiş ərazilərdən qanunsuz olaraq topladıqları metal tullantılar aşkar edilib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

Şərhlər

İqbal 2022-05-03 18:23:14

Ermənidən qalan metalloma görə tuturlar, amma Hacıqabul rayonunda əhalinin pulu ilə alımlş borularl oğurlayıb satanları polis prokuror tutmur. Siz Jurnalistlər də qorxusundan cınqırını çıxarmır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol