Ukraynanın Rovno vilayətində sərnişin avtobusu və yanacaq çəninin toqquşması nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün teleqram kanalında məlumat yayıb.
Qəza Kiyev-Çop avtomobil yolunda, Dubensk rayonunun Sitnoye kəndi yaxınlığında, yerli vaxtla saat 19:30 radələrində baş verib. "Avtobusla yanacaq daşıyan avtomobilin toqquşması, ardınca avtomobillərdə yanğın baş verib. İlkin məlumatlara görə, 17 nəfər ölüb, 6 nəfər yaralanıb", - nazirlikdən bildirilib.
Hazırda magistral avtomobillərin hərəkəti üçün bağlanıb. Ukrayna mətbuatının yaydığı kadrlarda yanacaq tankerinin və avtobusun demək olar ki, tamamilə yandığı görünür.
Qəzanın başvermə səbəbi açıqlanmır. Daha əvvəl hadisə zamanı 15 nəfərin öldüyü xəbər verilirdi.


Şərhlər