Menu

ZELENSKİ ATƏŞKƏS ŞƏRTİNİ AÇIQLADI... - "O, ictimaiyyət qarşısında öhdəlik götürməlidir"

04.05.2022, 14:32
ZELENSKİ ATƏŞKƏS ŞƏRTİNİ AÇIQLADI... -  "O, ictimaiyyət qarşısında  öhdəlik götürməlidir"

"Ukrayna Rusiya ilə münaqişənin dondurulmasına qarşıdır".

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski WSJ-nin CEO Council Summit-ində (Rəhbərlər Məclisi görüşündə) nitqində bildirib.

Müharibədəki atəşkəs ehtimalına toxunan dövlət başçısı deyib: “Bu, Rusiya ordusunun hazırda olduğu yerdə qalması demək deyil. Bu, münaqişənin dondurulmasıdır, biz buna getməyəcəyik”.

Ukrayna liderinin qənaətincə, Rusiya tərəfi atəşkəsə maraq göstərmir: “Prezident Putinlə görüşümüz olarsa, bəlkə şəxsən razılığa gələ bilərik. O, atəşkəslə bağlı öhdəlik götürməlidir, həm də ictimaiyyət qarşısında, o zaman biz buna inanarıq. Əvvəlcə müharibəni dayandırmaq üçün müvafiq addımlar atılmalıdır, diplomatiya sonra işə düşər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol