Menu

Gürcüstan Ermənistanla müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb

04.05.2022, 18:01
Gürcüstan Ermənistanla müdafiə sahəsində əməkdaşlıq planı imzalayıb

Gürcüstan və Ermənistan arasında müdafiə sahəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Sənədi Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və bu ölkədə rəsmi səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan imzalayıblar.

Nazirlər arasında keçirilən görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, həmçinin regionda sülh və sabitliyin vacibliyi vurğulanıb.

Şərhlər

Seyid ƏNHU 2022-05-04 22:56:30

BUNLAR BİRLƏŞİB KİMDƏN MÜDAFİƏ OLUNMAQ İSTƏYİRLƏR Kİ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol