Menu

"Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək" - Nazir müavini

04.05.2022, 21:58
"Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək" - Nazir müavini

"Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək". "Report"un Muğan bürosunun məlumatına görə, bu sözləri təhsil nazirinin müavini İdris İsayev Şirvan-Salyan regional təhsil idarəsinin müdir təqdimatında deyib.

Təhsil nazirinin müavini regional idarələrin əsas məsuliyyətinin təhsilin keyfiyyətinin daha da yüksəlməsi olduğunu vurğulayıb: "Nazir müavini bu dəyişiklikdəki məqsədlərdən danışıb: “İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələrinin idarəetməsi və təşkili bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə tamam başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü bir-biri ilə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək, təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq".

İ.İsayev qeyd edib ki, bu gün təhsil mərkəzl­əşmiş şəkildə fəaliy­yət göstərir.

"Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”, - nazir müavini vurğulayıb.

Şərhlər

Habil 2022-05-05 08:24:29

Tehsil sisteminde edeb ve meneviyyat keyfiyyeti berbad haldadir. Sagirdlerin her birinde smart telefon var ve bunun qarsisinin alinmasi ucun hec bir cehd gosterilmir! Goresen sebeb ve maraq ne ola biler? Olkede her il 500-600 genc ve orta yasli sexs intihar edir! Meselenin kokune ene bilmirler cunki savad yoxdur! ...Biznes mentiqi ile dovlet idareciliyi olmaz! Bu bir anda felakete getirib cixaracaq. Verilen sozler emellerde oz eksini tapmir. Tayfabazliq davam edir!

Ramil 2022-05-05 00:22:43

Çox ehtimal ki,rüşvəti gücləndirəcək.

t.ədalət 2022-05-04 23:06:25

Regional idarələrin yaranması təhsilin nəzarətsiz qalacağına zəmanətdir.Unutmayın ki,batmış avtomobili dartmaq üçün qoşqu vasitəsi nə qədər gödək olsa,dartma gücü bir o qər çox olur.Təhsil də elə.Nəzarət yaxından olduqca səmərə normal olur.Uzaqdan obyekti heç binokl da yaxşı seçmir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol