Menu

Bakı-Minsk reysi ilə uçan təyyarədə ölüm hadisəsi baş verib

05.05.2022, 11:00
Bakı-Minsk reysi ilə uçan təyyarədə ölüm hadisəsi baş verib

Bakı-Minsk reysi ilə uçan təyyarənin sərnişinlərdən biri özünü pis hiss etdiyi üçün hava gəmisi Rusiyanın Samara şəhərinin Kurumoç hava limanına məcburi eniş edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya Regionlararası İstintaq İdarəsi yayıb.

Məlumata görə, təyyarə enəndən sonra həmin şəxs vəfat edib.

İlkin məlumata görə, vəfat edən sərnişin sağalmaz xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol