Menu

Dünyanın ən çox axtarılan terrorçusu öldürüldü

05.11.2014, 12:59
Dünyanın ən çox axtarılan terrorçusu öldürüldü

Əməliyyat zamanı daha 4 terrorçu da öldürülüb

Dünyada ən çox axtarılan terroçulardan biri öldürülb.

ANS PRESS-in “Russian Today”ə istinadən verdiyi məlumata görə, Əl-Qaidə üzvü olan terrorçu Yəməndə pilotsuz təyyarənin hücumu nəticəsində zərərsizləşdirilib.

Əməliyyat zamanı öldürülən şəxsin Şafki Al Badani adlı şəxs olduğu bildirilir. Onunla yanaşı daha 4 terrorçu da öldürülüb.

Qeyd edək ki, Şafki Al Badaninin Yəmənin paytaxtı Səna şəhərində yerləşən ABŞ Səfirliyinə hücumdə şübhəli bilinirdi. Hücum zamanı 100-dən çox polis öldürülmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol