Bu gün "AzPolitika.info" saytının redaksiyasında Medianın İnkişafına Dövlət Dəstəyi Agentliyinin (MEDİA) qəbul etdiyi "Redaksiya siyasəti və peşə etikası qaydaları"nın müzakirəsi keçirilib.

Tədbirdə saytın Baş redaktoru Elnur Məhərrəmli çıxış edərək, sənəd haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, redaksiya kollektivinin hər bir üzvünün sözügedən qaydalara əməl etməsi zəruridir: "Dəqiq, qərəzsiz, vicdanlı, obyektiv olmaq peşəkar jurnalistikanın başlıca prinsipləridir. "AzPolitika.info" saytı ölkənin oxunaqlı informasiya resurslarından biridir. Bu etimadı bizə həm də əməkdaşlarımızın peşə etikası qaydalarına əməl etməsi qazandırıb. Bundan sonra da fəaliyyətimizdə MEDİA-nın qəbul etdiyi "Redaksiya siyasəti və peşə etikası qaydaları"nı əsas tutmalıyıq".

Daha sonra toplantı redaksiya əməkdaşlarının mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.
Elvin
"AzPolitika.info"



Şərhlər
Size sualim var. siz döyeni ictimaete catdirirsiniz yoxsa döyüleni ?yada qorxudan susmagi tercih edirsiniz ? Zalimin zülmünü görüb yandirilanin odunun tüstüsü gözünüze gelmesin deye göz yumanlardansiniz ?
Uğur olsun komandaya ve Elnur müəllim şəxsən sizə. Çox dəyərli və peşəkar komanda ilə xəbər mediasında nailiyyətlərimiz müşahidə edirik.
Ugurlar oısun !