Bu il mayın 9-da Mariupolda Qələbə paradı keçirmək mümkün deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, vaxt gələcək 9 may Mariupolda geniş bayram kimi qeyd olunacaq.
“Əlbəttə ki, orada mayın 9-da rusiyalılar olacaq. Amma mənim heç bir rəsmi nümayəndə heyətindən xəbərim yoxdur. Artıq deyilib ki, bu il təbii ki, bu, məlum səbəblərdən mümkün deyil. Amma vaxt gələcək və geniş bayram olacaq. Hərbçilər tərəfindən hər hansı planın olub-olmadığını deyə bilmərəm, amma mənim həmkarım Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko orada idi və o, bu suallara cavab verdi”, - Kremlin sözçüsü vurğulayıb.


Şərhlər
Allah günahsız öldürülən insanların qanını sizin balalarınızdan çıxartsın inşaallah! Məkrli işğalçılıq ambisiyalarınız da siz də Allahın lənətinə gələsiniz! 200 ildir əsarətinizdə olan xalqlar etdiyiniz zülmlər bir gün öz başınızda çartlayacaq!!! O parad heç bir zaman baş tutmasın! Millət və dövlət olaraq heç vaxt gün üzü xoş gün görməyin inşaallah!!