Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Palma-Z” MMC olub.
Qanuna əsasən satınalmalarda iştirak edən şirkətlərin mütləq şəkildə müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Amma məsələ burasındadır ki, qalib elan olunan şirkət tender elanından sonra yaranıb. Belə bir şirkətin nə təcrübəsi, imkanı, səriştəsi və bacarığı ola bilər ki?
Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi Ağstafa rayon İcra Hakimiyyətinə tabedir. Hazırda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Vaqif oğlu Orucovdur.(yeniavaz.com)



Şərhlər
Yeni və cavan icra hakimiyyəti başçıları köhnələri " şoka" salır, mat qoyur.... Deyilənə görə bu Seymur ələ heç kimi qəbul etmir, otaqdan çıxmır, ancaq katibə çay verir o da icib cana qulluq edir. Və hələ də İH başçısının vəzifəsi nədir nə ilə məşğul olmalıdır, bilmir. Arada Neftçalanın başçısı kimi avtoşluq da edir. Gərək idi ki, bunları təyin edəndə hərəsinə bir qəttəzə 07 də versəydilər ki, iki təkər üstünə qaldırsınlar