Ermənistanda parlamnetinin iclasında müdafiə və təhlükəsizlik komssiyasının sədri Anranik Koçaryan hökumətə qarşı mitinqlər təşkil edib Baş nazir Nikol Paşinyanın istefasını tələb edənlərin hərbi qulluğa çağırılmasını təklif edib.
Koçaryan deyib ki, etiraz aksiyalarına çıxanların bir çoxu hərbi xidmətdən və ya rezervistlərin dövri toplanışlarından yayınanlardır: “Əgər müxalifətin siyasi məqsədi Ermənistan və artsaxın (Qarabağ-red) təhlükəsizliyinin təmin olunmasıdırsa, biz saxlananların arasında əsl vətənpərvərləri, ordu xidmətinə borclarını vermiş əsl Ermənistan vətəndaşlarını görməliydik. Mən polisi və Ermənistanın Milli Təhlkəsizlik Xidmətini bu vətəndaşların şəxsi məlumatlarını toplayıb Müdafiə Nazirliyinə verməsini təklif edirəm”.
Bu ideyanı başqa iqtidaryönlü deputatlar, hüquq-mühafizə orqanlarının iclasda iştirak edən nümayəndələri də dəstəkləyiblər. Hərbi polisin rəisi Aşot Zakaryan deyib: “Bizim vətənpərvər ruhda olan gənclərimizin Ermənistanın və "artsax"ın sərhədlərinin mühafizəsində iştirakı pis olmazdı”.
Ermənistan polisi rəisinin müavini Artur Martirosyansa bildirib ki, polis etirazçıların şəxsi məlumatlarını Müdafiə Nazirliyinə təqdim etməyə hazırdır.
Andranik Koçaryanın bu təklifi Ermənistanın insan haqları müdafiəçiləri tərəfindən kəskin tənqid olunub. Onlardan biri, fəal Artur Sakunts deyib ki, polisin belə məlumatları başqa dövlət orqanlarına vermək səlahiyyəti yoxdur.
Başqa bir insan haqları müdafiəçisi - Nina Karapetyan isə bildirib: “Bunlar hətta ordu xidmətindən yayınanlar olsa belə onların aksiyalarda ovlanıb saxlanması düzgün deyil. Bu, əcinnə ovuna bənzəyir”.
Müxalifət liderləri də iqtidaryönlü deputatların təklifini tənqid ediblər.
Etiraz aksiyalarının liderlərindən biri, Daşnaksutyun partiyasının nümayəndəsi İşxan Saqatelyan təklifi alçaqlıq adlandırıb:“Bugünlərdə bu tribunadan ayaqları olmayan iki veteran çıxış edib”.
Saqatelyan onların ayaqlarını 2020-ci ildə Qarabağda itiridiklərini xatırladıb.
Müxalifətçi iddia edib ki, İrəvanın müxtəlif rayonlarında saxlanmış etirazçıların ən azı 40 nəfəri müharibə veteranıdır.
"AzPolitika.info"


Şərhlər
Düzdür deyir