Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmaqdadır. Bu müharibədə dünya ictimaiyyətini qəzəbləndirən əsas məqam Rusiya ordusu tərəfindən dinc insanların öldürülməsidir.
Belə bir vəziyyətdə Sovet Rusiyasının qələbəsini, 9 may faşizm üzərində Qələbə Gününü qeyd etmək nə qədər doğrudur?
Deputat Fazil Mustafa SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, qələbə gününün qeyd edilməsi absurddur: " Bəli, qələbə ilə bağlı veteranlara diqqət və qayğı göstərilməsi keçmişimizə sayğıdır. Ancaq, bu tarixin Azərbaycan üçün xüsusi təmtəraqla qeyd ediməsinin yeri yoxdur. Onsuz da Azərbaycanda parad keçirilmir. Hər hansı bir şəkildə bunu bayram etməyin mənası yoxdur. Bütövlükdə müstəqil dövlətin xarakterinə uyğun davranmalıyıq və addımlarımızı atmalıyıq".


Şərhlər
rusiyanın almaniya üzərində qələbəsini -9 mayı bayram günü keçirib,Azərbaycanın rusiyanın işğalından azad olunub müstəqil olduğu günü 18 oktyabrı iş günü kimi qeyd edən ölkəm
Qələbə gününün qeyd edilməsi 2-ci dünya müharibəsində şəhid olmuş 350 min azərbaycanlıların ruhunun yad edilməsi deməkdir.
Putler 9 mayı özəlləşdirib artıq gözdən düşməyə başlayıb bu bayram...