Avstriyanın şimal-şərqindəki Mödlinq rayonunda qatar relsdən çıxaraq qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Hadisə nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.
Qəzanın səbəbləri açıqlanmır.
Xilasedicilər və Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları hadisə yerində işləyirlər.


Şərhlər