Menu

Ukrayna namizədlik üçün sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib

09.05.2022, 22:53
Ukrayna namizədlik üçün sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanışina bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun doldurulmuş ikinci hissəsini Aİ-yə təqdim edib.

Qeyd olunub ki, bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirilib. Sorğunun ikinci hissəsinin cavabları təxminən 4 min səhifədir və burada Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi 8 il ərzində Ukrayna qanunvericiliyinin vəziyyəti təsvir olunub.

Stefanişina ayın sonunda müsbət nəticələr gözlənildiyini vurğulayıb. (Mənbə: “İnterfaks”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol