Menu

"Azərbaycanda avtomobillər qazla işləyəcək" - Rövnəq Abdullayev

05.11.2014, 14:19

Rovneq Abdullayev 180910Azərbaycanda avtomobillər gələn ildən qazla işləyə biləcəklər.

SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, ölkə hökuməti bununla bağlı şirkətə tapşırıq verib: ""Artıq "Azəriqaz" və bir neçə digər şirkət sıxılmış təbii qaz stansiyalarının tikilməsi layihəsinə başlayıb. Sıxılmış təbii qaz ilk olaraq, gələn ilin birinci yarısında Bakıya gətiriləcək və qazla işləyən avtobuslarda istifadə olunacaq."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol