Menu

Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

10.05.2022, 11:46
Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakıda dələduzluqda təqsirləndirilən İranə Talışxanovaya hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, özünü "RUN Group" şirkətinin prezidenti kimi təqdim edən İranə Talışxanova həm Azərbaycanın, həm də Türkiyənin ən məşhur tikinti şirkətlərinin nümayəndələrinə qarşı dələduzluq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol