Menu

Əfqanıstanda "Taliban" əleyhinə etiraz aksiyası keçirilib

10.05.2022, 12:50
Əfqanıstanda "Taliban" əleyhinə etiraz aksiyası keçirilib

Əfqanıstanın paytaxtı Kabildə “Taliban” hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunur ki, mitinqi keçirənlər "Əfqan Güclü Qadınlar" insan haqları hərəkatının üzvləridirlər. Onlar “Taliban”ın qadınların məcbyuri çadra taxmalarına dair qərarına etiiraz ediblər.

Xatırladaq ki, mayın 7-də “Taliban” hərəkatının ali lideri Molla Hibətullah Axundzadə küçədə və ictimai yerlərdə qadınların çadra taxmasının məcburi olduğunu bəyan etmişdi. O, çadranın müsəlman qadınlarınının ənənəvi geyimi olduğunu demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol