Menu

Ədliyyə Nazirliyi 7 milyon manatlıq 2 tenderə yekun vurub

10.05.2022, 16:32
Ədliyyə Nazirliyi 7 milyon manatlıq 2 tenderə yekun vurub

Ədliyyə Nazirliyi məhkəmələrin istismarında avtomatlaşdırılmış sistemlərin, informasiya-kommunikasiya avadanlıqlarının, şəbəkə infrastrukturunun saxlanılması və inkişafı (1), habelə onlara texniki dəstəyin göstərilməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, hər 2 tenderin qalibi "Bestcomp Group" MMC-dir.

Qalib şirkətə müvafiq olaraq 4,444 milyon manat və 2,141 milyon manat, ümumilikdə isə 6,585 milyon manat ödəniləcək.

Şərhlər

Adil 2022-05-10 18:47:59

Bəs bu qalib şirkətlərin kimə məxsus olduğu niyə aşıqlanmır?t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol