Menu

ABŞ Suriyaya 800 milyon dollardan çox yardım ayırıb

10.05.2022, 17:06
ABŞ Suriyaya 800 milyon dollardan çox yardım ayırıb

“ABŞ Suriyaya 800 milyon dollardan çox humanitar yardım ayırıb”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild söyləyib.

“Qürur hissi ilə bildirirəm ki, Birləşmiş Ştatlar Suriya xalqına 800 milyon dollardan çox yeni humanitar yardım edəcək. Bu, bundan əvvəlki Brüssel konfransında ABŞ tərəfindən elan edilən yardımdan çoxdur”, - o vurğulayıb.

Diplomat qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Afrikada, Yaxın Şərqdə, o cümlədən Suriyada kəskin taxıl və gübrə çatışmazlığı yaranıb.

Qeyd edək ki, ötən gün Brüsseldə Suriya donorlarının xarici işlər nazirləri səviyyəsində toplantısı keçirilib. Toplantıya Rusiya dəvət edilməyib. Qurumun sonuncu - 5-ci yığıncağı 2021-ci il martın sonunda keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol