Menu

Türkiyə və Qazaxıstan prezidentləri arasında görüş başlayıb

10.05.2022, 17:57
Türkiyə və Qazaxıstan prezidentləri arasında görüş başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın dövlət başçısı Kasım-Jomərt Tokayev arasında görüş keçirilir. “Report” xəbər verir ki, görüşdən əvvəl Bəştəpədə yerləşən Prezident iqamətgahında Qazaxıstan liderinin rəsmi qarşılanma mərasimi olub.

Türkiyə Prezidenti qazaxıstanlı həmkarını qarşılayıb.

Daha sonra R.T.Ərdoğanla Kasım-Jomərt Tokayev arasında görüş başlayıb. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edirlər.

Təkbətək danışıqlardan sonra nümayəndə heyətləri arasında görüş olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol