Menu

Bakı Şəhər İcra Hakimiyyəti 51 milyon manatlıq 2 tenderə yekun vurub

10.05.2022, 18:47
Bakı Şəhər İcra Hakimiyyəti 51 milyon manatlıq 2 tenderə yekun vurub

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün lazımi malların alınması (1), eləcə də dövlət mənzil fonduna aid binaların əsaslı təmiri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Modul Xidmət" və "Trilliant Engineering" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 16,437 milyon manat və 34,336 milyon manat, ümumilikdə isə 50,773 milyon manat ödəniləcək.

Şərhlər

Rafiq 2022-05-10 23:09:41

Boyuk mablaqlar ancaq sifarisla qalib olur Sag ol Eldar Azizov-Sag ol Abit Yeyin bu xalqin pulun IQalib sirkatlar hamsi ballidir sahiblari

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol