2017-ci ildə rüşvətxorluğa görə səkkiz il həbs cəzasına, 18 milyon dollar cəriməödəməyə məhkum edilmiş Rusiyanın keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayev həbsdən buraxılıb.
"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, prokurorluq ötən ay məhkəmənin onun vaxtından əvvəl azadlığa buraxılması haqda qərarından şikayət verməyib. Moskvadakı Tver rayon məhkəməsi aprelin 27-də Ulyukayevin vaxtından əvvəl azadlığa buraxılmaqla bağlı müraciətini təmin edib, qərarın mayın 12-dən qüvvəyə minəcəyi bildirilib.
Ulyukayev mayın 12-də 1 saylı cəzaçəkmə müəssisəsindən çıxaraq "Range Rover" avtomobilinə minib, onu lisenziya nömrəsi olmayan iki maşın müşayiət edib.
Ulyukayev 2016-cı ilin noyabrında gecəyarı həbs olunandan sonra Prezident Vladimir Putinin sərəncamıyla vəzifəsindən azad edilib.
O, 1991-ci ildə Sovet İttifaqı dağılandan həbs olunan ən yüksək rütbəli məmur idi.İttihamnaməyə görə, Ulyukayev "Rosneft" dövlət neft şirkətinin rəhbəri İqor Seçindən 2 milyon dollar nağd pul alaraq, bunun qarşılığında "Başneft" neft şirkətinin "Rosneft"ə satışını təsdiqləyib. Ulyukayev "Rosneft"in qərargahında Seçindən qıfıllı çantada nağd pulu alandan sonra saxlanıb. Keçmiş nazir isə deyirdi ki, çamadanda hədiyyə olduğunu düşünüb.
"AzPolitika.info"


Şərhlər