Menu

Hindistan və Özbəkistan Çabahar limanının potensialından istifadə etmək barədə razılığa gəlib

12.05.2022, 16:09
Hindistan və Özbəkistan Çabahar limanının potensialından istifadə etmək barədə razılığa gəlib

Hindistan və Özbəkistan Xarici İşlər nazirlikləri məsləhətləşmələrin (FoC) 15-ci raundunu keçirərək, Çabahar limanının ticarət üçün bütün potensialından istifadə etmək barədə razılığa gəliblər.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Çabahar limanı Hindistanın, dənizə çıxışı olmayan Əfqanıstana çox ehtiyac duyduğu qapıdır. Liman, həm də region üçün ticarət tranzit mərkəzi kimi formalaşıb.

Bu, regionun dənizə çıxışı olmayan ölkələrinin Hindistana və qlobal bazara çatması üçün daha qənaətcil və sabit marşrutdur. Tədbirdən sonra hər iki ölkənin verdiyi bəyanatda deyilir ki, məsləhətləşmələr zamanı hər iki tərəf siyasi, təhlükəsizlik, ticarət-iqtisadi, əlaqələr, inkişaf tərəfdaşlığı, humanitar və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini hərtərəfli nəzərdən keçirib. Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, o cümlədən Əfqanıstan ətrafında fikir mübadiləsi aparıblar.

Özbəkistanın Xarici İşlər nazirinin müavini Furkat Sidikov deyib ki, onun ölkəsi hindistanlı iş adamlarının Avrasiya bazarına çıxışı üçün qapı ola bilər. O, həmçinin ölkəsinin logistikanı yaxşılaşdırmaq üçün Hindistan tərəfindən İranda inkişaf etdirdiyi Çabahar limanına çıxışda maraqlı olduğunu bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol