Menu

Ukraynanı 6 milyondan çox adam tərk edib

13.05.2022, 09:18
Ukraynanı 6 milyondan çox adam tərk edib

Rusiya genişmiqyaslı müharibəyə başlayandan Ukraynanı altı milyondan çox adam tərk edib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Fevralın 24-dən mayın 11-dək Ukrayna ərazisini 6 029 705 nəfər tərk edib. Onlardan 3,2 milyonU Polşaya, 895 mindən çoxu Rumıniyaya, 785 mindən çoxu Rusiyaya, 583 mindən çoxu Macarıstana gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol