NAZİR XANIM MÜAVİNİNİN BU RƏQS VİDEOSUNDAN DANIŞDI - "Bu, bir balaca adama toxunur" + VİDEO

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “O videonun yayılması düşünülmüş şəkildə edilmişdi. Bu, bir balaca adama toxunur. Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər onu yaymışdı. Təbii ki, həmin adamın kimliyini bilirik. Şəxsi videonu paylaşmazdan əvvəl onu soruşmaq lazımdır.

Mən nazir müavini ilə artıq 2008-ci ildən bəri bir yerdə işləyirəm. Bir yerdə bu yolu gəlmişik. Ondan çox razıyam, böyük işləri bərabər görmüşük. İşlərimdə hər zaman mənə dəstək olub”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun bədii gimnastika millisinin baş məşqçisi işlədiyi vaxt etdiyi rəqsin videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

635x100

Şərhlər

nazim 2022-06-27 23:42:45

ə vejinə də alma, nağayrıf ki,....., sənətidi də

Vətəndaş 2022-06-09 20:46:32

Axsaq ulağın kor nalbəndi olar!

Emil Memmedov Mehebbet oglu 2022-05-14 07:38:42

Azerbaycani gor kimler nazir olur?

Amon 2022-05-14 00:31:38

Bir onu yaxsi dediniz ki futbolumuz bilmirem ne vaxt duzelecek.ne qeder ki elxan memmedov ordadi futbolumuz duzelmeyecek....

Seyid ƏNHU 2022-05-13 23:45:06

BUNU YƏQİN ÖZ ÖLKƏSİNDƏN QOVUBLAR Kİ QAÇIB BURA GƏLİB.

Vahid 2022-05-13 19:10:15

Menim şerhimin evvelini kesmisiz, Ay Azpolitika.Menim şerhim qaydaları pozmurdu

Veteran 2022-05-13 17:17:13

Raminə cavab: Bu əsas deyil.Əsas budurki bu nazir sözəbaxandır.

Veteran 2022-05-13 17:08:08

Axsaq atın kor nalbəndi.Görəsən bu............

Vahid 2022-05-13 16:10:48

....Bunlardan bu millete fayda gelmez.

Sözsüz 2022-05-13 14:11:33

......... ayaq olanda əlbətdəki belə olacaq...... Bunu görən gəclər də ...... olmağın vəzifə vəd etdiyini hissedirlər və onlar da ....... olmağa hazırlaşırlar.

t.ədalət 2022-05-13 13:36:46

Yaxşı,görüntüləri,deyək ki,bilərəkdən yayıblar.Bəs,onun sərxoş halda "bravo" dükanına öz maşınını çırpmasına nə deyirsiniz?Bildiririk ki,Mariana Bolqarıstanda fəaliyyət göstərmiş bir rus səfirinin qızıdır..

avropalı 2022-05-13 13:18:45

stəkanda fırtına yaradırsınız.

Ramin 2022-05-13 13:04:08

Bay bərəkallah....Mən el bildim ki, nazirimiz bu görüntüdən doğru nəticə çıxarıb.Heyhat.. Sən demə bunun xətrinin nazik yerinə toxunub. Xətrinə dəyib- getsin bir vedrə su içsin... Mən Fərid müəllimin vizual görüntüsünun ən azı İDMAN işinə uyğun olmadığı qənaətindəydim. Amma ümid edirdim kisəhv rdərəm.Bu sozlərdən sonra əminəm ki, bu hərtərəfli olaraq bu işə yad birisidir.

Vəli 2022-05-13 12:55:22

Cənab nazir. Hər halda bura Avropa deyil. Hətta Avropada belə bu görüntülər birmənalı qarşılanmazdı. Xatırladıram. Siz və müavin dediyiniz xanım DÖVLƏT məmurusunuz ki, bu statusu daşıyanların davranışları da qaydalarla nizamlanır. Və bu özəl şirkət deyil. Həmin xanım bundan sonra nə edirsə belə bu hərəkətləri onun etdiklərinə kölgə salacaq. Hər halda bizim xalq belə şeyləri qavramaq üçün 30-40 il yol getməlidir və siz bu məsələdə heç nə edə bilməzsiz

Camaat 2022-05-13 12:52:01

Bu ....Gör bizi nə günlərə qoydular.

Veteran 2022-05-13 12:49:06

Axsaq atın KOR nalbəndi .Ay "cənab "nazir onu yayanı yox,müavinin ipini yığ.

Eli 2022-05-13 12:09:35

Deyesen özü de “ Babat” vurub.Çox şendir ve yanı dakıları idare ede bilir......Bunlar özlerini idare ede bilirler ki, hele başqalarını da idare etsinler.

Bk 2022-05-13 12:05:29

Eli 2022-05-13 11:56:05

Deyesen kriteriyalar deyişib ve vezife üçün ayrı göstericiler lazımdır.Mence “ничего» demek olar heç de pis reqs etmir.Meslehwt bilibler qoyublar o vezifeye,guya o biriler bundan yaxşı gündedirler,sadece vezife abırlarını örtür el dilinde desek.Özü de onlar bu hereketlwri ile fexr edib bunu da mğasirlik adlandırırlar.Yeni kül oub bizim başımıza ki özünü idare ede bilmeyenler başqalarını “ idare edir”.

Son yazılar