“Böyük Yeddilik” Ukraynaya 30 milyard avro ayıracaq

“Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Almaniyada nəşr olunan “Der Spiegel” nəşri yazıb.

Məlumata görə, gələn həftə Almaniyada keçiriləcək “G7”in maliyyə nazirlərinin görüşündə onlar Kiyevə 30 milyard avro civarında maliyyə yardımı ayırmaq barədə qərar qəbul etməyi planlaşdırırlar.

Bildirilib ki, vəsait kredit və qrant şəklində verilməlidir. Beləliklə, Kiyev gələcəkdə heç də həmin vəsaitin hamısını qaytarmalı olmayacaq.

“Der Spiegel” yazıb ki, müharibənin bu il ərzində bitəcəyi ehtimal olunur.

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-05-13 19:51:32

Allah he seyi gorur ve Ukrainlere oz komek elini uzadir,INSALLAH UKRAYNA in kisaf etmis ,,ən gözəl Avropa ölkəsinə çevriləcək!

Son yazılar