“Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır” - Polşa Prezidenti

“Rusiyanı döyüşlərin yaratdığı dağıntılara, vurduğu ziyana görə Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Estoniyaya işgüzar səfəri zamanı həmkarı Alar Karis ilə görüşü zamanı deyib.

“Biz dərindən inanırıq ki, beynəlxalq ictimaiyyət Rusiyanı Ukraynadakı dağıntıların bərpası üçün təzminat ödəməyə məcbur edəcək”, - A.Duda bildirib.

Qeyd edək ki, genişmiqyaslı müharibə başlayandan Polşa Ukraynanın əsas tərəfdaşlarından biridir. Ölkə qonşusuna maliyyə, humanitar və hərbi yardım göstərib.

635x100

Şərhlər

Eli 2022-05-13 22:42:34

Bu Rusiya Dünyada ele bir Dövlet ve Millet yoxdur ki onun daxili işine burnunu soxmasın ,ya da onlara böyük bir tehlükw yaratmadın o cümleden Polşa respublikasına.İndi hesab çekmek zamanıdır.Polşa Aİ ve NATO- nun üzvü kimi Rusiyaya meydan oxuyur millionlarla ukraynalını qebul rfib kömek edir onlara nir qonşu qardaş xalq olaraq.Rusiya ne edir: buna qonaq gelen PolşaPrezidentinin teyyaresini vurub onu öldürür qardaş bir Ukrayna dövletine tecavüz edir.Zaman her şeyin hesabını çekecek.

Son yazılar