“Nüvə silahı tətbiqinin qarşısını almağa çalışırıqsa, güzəştə getmək olmaz” – Amerikalı diplomat

Əgər dünya rusiyalı təcavüzkar Putini dayandıra bilməsə, o, Ukraynaya qarşı nüvə silahı tətbiq edə bilər.

Bu ehtimala Amerika Demokratiyaya Dəstək Milli Fondunun Baş direktoru və prezidenti Deymon Uilson yer verir.

Bu barədə «Apostrof» yazıb. Hazırda diplomat Kiyevdədir.

O, qeyd edib ki, Putini qiymətləndirməmək olmaz - hadisələr bunu göstərir.

«Biz, bunu anlamalıyıq. Bir çox ukraynalılar inanmırdılar ki, o, Ukraynaya hücum edəcək, baxmayaraq ki, əldə bunu təsdiqləyən çoxsaylı kəşfiyyat məlumatları var idi və o, bunu etdi. Bir tərəfdən, rusiyalılar nüvə silahı xofundan istifadə etmək istəyirlər ki, Qərbi qorxutsunlar, onun Ukraynaya köməyini dayandırsınlar. Amma gərginlikdən qaçmağın yeganə üsulu - güc göstərmək və müharibəni dayandırmaq üçün Ukraynaya kömək etməkdən ibarətdir».

“Əgər biz, taktiki nüvə silahı tətbiqinin qarşısını almağa çalışırıqsa, güzəştə getmək olmaz. «Dəcəli» dayandırmaq lazımdır” - diplomat bildirib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar