“Ukraynanı silahla doldurmaq nüvə müharibəsi riskini artırır” - Medvedyev

ABŞ və digər NATO ölkələrinin Ukraynanı silahla doldurmasının davam etməsi tammiqyaslı nüvə müharibəsi riskini artırır ki, bu da dünyanı fəlakətə aparır.

Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib.

«Xarici analitiklərin NATO-nun Rusiya ilə müharibə barədəki sonsuz söhbətləri bitmək bilmir - Medvedyev qeyd edir - həm də Qərbin «danışan başlarının» soyuqqanlılığı getdikcə açıq büruzə verir. Bütün gücüylə gündəliyə belə bir tezis tətbiq etmək istəyirlər ki, Rusiya dünyanı nüvə münaqişəsi ilə qorxudur. Hətta Tramp bu yaxınlarda bununla müdaxilə edib. Düzdür, aydındır, sadəcə Baydenin acığına…»

Bu situasiyada dərk etmək və aydın olanları bütün şüurlu insanlara izah etmək lazımdır, Medvedyev hesab edir: «NATO ölkələri tərəfindən Ukraynanın silahla doldurulması, onun ordusunun qərb tenikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və Alyans ölkələrinin bizim sərhədlərdə təlimlərinin keçirilməsi NATO-nun Rusiya ilə birbaşa və açıq münaqişə ehtimalını artırır… Belə münaqişənin həmişə tammiqyaslı münaqişəyə çevrilmək riski var. Bu, hamı üçün fəlakətli ssenari olacaq».

«Ona görə də özünə və başqalarına yalan danışmaq lazım deyil - Medvedyev çağırış edib - Sadəcə, bütün mümkün fəaliyyətin nəticələrini fikirləşmək lazımdır. Və özünün ağız suyunda boğulmaq lazım deyil».

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2022-05-14 08:38:33

Medvedyev də hərifləyir.Rusiya dövlətinin,artıq olmadığını qəbul edə bilmir.

Eldəniz 2022-05-14 06:42:50

Çox qəribədir ki, hələ bunlar illüziyalara qapılırlar.

Son yazılar