G7 ölkələri Ukraynaya 30 milyard avro yardım edəcək
Baxiş sayı:
Dərc olunub:
14/05/2022 - 00:32
Böyük Yeddilik (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi vermək niyyətindədir.
Məlumata görə, müvafiq qərarın G7-nin maliyyə nazirlərinin gələn həftə Almaniyada keçiriləcək iclasında qəbul ediləcəyi gözlənilir. Lakin sözügedən qərarın qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Belə ki, hazırda G7 ölkələri arasında bu məsələdə vahid mövqe yoxdur.
Əgər müvafiq qərar qəbul edilərsə, vəsaitlər kredit və qrant şəklində veriləcək. Bu isə o deməkdir ki, Kiyev onların yalnız bir hissəsini geri qaytarmalı olacaq.
Mənbə: TASS
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.