"Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamır" - Ərdoğanın sözçüsü

"Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamır".

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarixi siyasət üzrə baş müşaviri və sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində deyib.

"Biz qapını bağlamırıq. Amma biz bu məsələni əsasən Türkiyənin milli təhlükəsizliyi məsələsi kimi gündəmə gətiririk", prezidentin xarici siyasət üzrə baş müşaviri deyib.

İbrahim Kalın deyib ki, ABŞ, Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Avropada maliyyə dəstəyi yığır, heyətini gücləndirir

"Xüsusilə də onların mövcudluğu İsveçdə açıq şəkildə bəyan edilir. Nə etmək lazım olduğu aydındır. Bu ölkələrdə PKK-nın media nümunələrinin çapına icazə PKK-nın digər fəaliyyətlər, və onun üzvlərinə icazə dayandırılmalıdır", İbrahim Kalın vurğulayıb.

635x100

Şərhlər

korrektor 2022-05-14 22:52:31

Tam ədalətli mövqeydir.

Son yazılar