Azərbaycanlı icma yeni yaradılan “Gürcü Arzusu” Qadınlar Təşkilatında təmsil olunub

Təsis konfransı keçirilən Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının Qadınlar Təşkilatında azərbaycanlı icma da təmsil olunub.

“Report”un yerli bürosu xəbər verir ki, toplantıda təşkilatın İdarə Heyəti və regional təşkilatların sədrləri təsdiqlənib.

İdarə Heyətində yerli azərbaycanlı qadın da yer alıb. Nigar Orucova heyətdə Gürcüstanın azərbaycanlı icmasını təmsil edəcək.

Qeyd edək ki, Qadınlar Təşkilatının yaradılması barədə qərarı “Gürcü Arzusu”nun Siyasi Şurası bu ilin fevralın 13-də qəbul edib. Məqsəd qadınların partiya daxilində və siyasi proseslərdə rolunun fəallaşdırılmasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar