Menu

İran Rusiyadan taxıl idxalını kəskin artırmaq istəyir

16.05.2022, 11:45
İran Rusiyadan taxıl idxalını kəskin artırmaq istəyir

İran Rusiyadan taxıl idxalını təxminən 3 dəfə artırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Calali “RİA Novosti”yə açıqlamasında bildirib.

"Bu il İran Rusiyadan 20 milyon tondan artıq taxıl tədarük edə bilər. Ötən il bu rəqəm 7 milyon ton olub. İran Rusiyanın məhsul ixrac etdiyi ölkələr arasında birinci yerdədir", - deyə o, qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol