UKRAYNADA QANLI DÖYÜŞLƏR - Rusiya ordusu çayın sahilində 485 hərbçi, 80 texnika itirdi

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.

Bu arada yayılan məlumata görə, Ukraynada davam edən müharibədə ötən həftə ən qanlı döyüşlərdən biri olub.

Belə ki, Severski Donets çayı istiqamətində hücum zamanı Rusiya ordusunun 400-dən çox hərbçisi öldürülüb və ya yaralanıb.

Qeyd olunur ki, mayın 11-də Rusiyanın 41-ci ümumqoşun ordusunun 74-cü motoatıcı briqadasının 550 nəfər hərbi qulluqçusu Şimali Donets çayını keçmək üçün yönləndirilib.

Lakin Ukrayna ordusunun artilleriya birləşmələri bir neçə ponton körpünü partlatmaqla hücumun qarşısını alıb, şəxsi heyətin cəmləşdiyi ərazilərə dəqiq zərbələr endirilib.

Döyüş zamanı 485-ə qədər Rusiya hərbçisinin öldürüldüyü və ya yaralandığı, 80-ə qədər hərbi texnikanın məhv edildiyi qeyd olunur. (Mənbə: The New York Times) 

635x100

Şərhlər

t.ədalət 2022-05-16 15:59:32

Ukrayna ordusunun ayaqlarına sağlıq!

Son yazılar