RUS ORDUSU BU VİLAYƏTDƏN ÇIXARILDI - “Cənab prezident, gəldik!” + VİDEO

Ukrayna Silahlı Qüvvələrinin 127-ci briqadasının 227-ci batalyonunun hərbçiləri rus ordusunu Xarkov vilayətindən sıxışdırıb çıxararaq, dövlət sərhədini bərpa ediblər.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi feysbuk hesabında məlumat verilib.

Məlumatda qeyd olunub ki, ukraynalı döyüşçülər prezident Volodimir Zelenskiyə videomüraciət ünvanlayaraq, dövlət sərhədinin bəpa olunduğunu məruzə ediblər: “Gəldik, cənab prezident, buradayıq! Budur, biz buradayıq. Cənab prezident, gəldik!”.

Xatırladaq ki, bu yaxınlarda Ukryna daxili işlər nazirinin müşaviri Vadim Denisenko da Xarkov vilayətindəki Ukrayna qoşunlarının dövlət sərhədindən çox uzaqda olmadığını bildirmişdi: “Xarkov vilayətinin şimal-şərqində Ukrayna qoşunları əks-hücum əməliyyatlarına başlayıb. Biz artıq sərhədə yaxınlaşmışıq. Ümid edirik ki, yaxın günlərdə Ukrayna sərhədinə çatacağıq.

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar