Menu

Kadırov Ərdoğana müraciət etdi - “Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin”

16.05.2022, 14:52
Kadırov Ərdoğana müraciət etdi - “Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin”

Çeçenistan lideri Ramazan Kadırov Türkiyənin yaralı ukrayna hərbçilərini və mülki vətəndaşları təxliyə etmək üçün “Azovstal” zavoduna gəmi göndərmək təklifinə reaksiya verib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ramazan Kadırov özünün telegram hesabından paylaşım edib.

Kadorıv Ərdoğanı “Azovstal” zavodundan Ukrayna qüvvələrini xilas etməməyə çağırıb: “Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin. "Azov" döyüşçüləri sizə günahsız qurbanlar kimi göstərilən qatillər və ateistlərdir”.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlama verərək, Türkiyənin Rusiyanın mühasirəsində olan Ukraynadakı “Azovstal” fabrikindən yaralı əsgərlərin və mülki vətəndaşların təxliyəsi üçün gəmilər göndərməyi təklif edib.

“Türkiyənin bir neçə təxliyə planı var. Gəmilərimiz yaralı əsgərləri və digər mülki insanları Türkiyəyə gətirməyə hazırdır”, - Kalın bildirib.

Şərhlər

Camaat 2022-05-18 10:20:29

Bu keçi saqqalda özünü adam sayır.

t.ədalət 2022-05-16 21:54:27

Kadırov xırda bir əyalət qulluqçusudur.Bu adamın Sayın Ərdoğan səviyyəsində iddialar ortaya atması düzgün deyil.

Tahir 2022-05-16 17:08:23

Hər yoldan ötən gədə- gedə Ərdoğana məsləhət verməyə təşəbbüs edir.

Bashirov Qarib 2022-05-16 15:44:59

Sanki, bu insanlar paralel dunyada yaşayırlar.Özunu və sözunu bilməyənlər Ərdoğan kimi dunya siyasətçisinə məsləhət vermək iddiasındadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol