SƏFA MİRZƏYEVİN YERİNƏ TƏYİNAT OLDU - Milli Məclisin Aparat rəhbərinin DOSYESİ + FOTO (Yenilənib)

Fərid Famil oğlu Hacıyev Milli Məclisin Aparat rəhbəri təyin edilib. O, artıq kollektivə təqdim olunub.

F.Hacıyev bundan əvvəl Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, ixtisası hüquqşünas, dövlət qulluğunun təşkili və idarəedilməsi olan F.Hacıyev 25 aprel 1989-cu ildə anadan olub.

Milli Məclis Aparatının rəhbəri vəzifəsinə təyin edilən Hacıyev Fərid Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra F.Hacıyev Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili alıb.

Fərid Hacıyev çox gənc yaşlarında - Universitetdə təhsil aldığı dövrdə müxtəlif şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən Azərbaycan Respublikası Milli Məclisində fəaliyyət göstərməyə başlayıb və ötən dövrdə Milli Məclis aparatında müxtəlif vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

O, Azərbaycan Respublikasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunub, beynəlxalq təlimlərdə iştirak edib və müvafiq sertifikat alıb. TürkPA əməkdaşlıq çərçivəsində bir neçə model qanunun müəllifidir. 

Avropa Parlamentinin təşkil etdiyi müxtəlif layihələrdə və tədbirlərdə Milli Məclis Aparatını təmsil etmiş və parlamentin fəaliyyəti və büdcə nəzarəti mövzularında məruzələrlə çıxış edib. O, Şərq Tərəfdaşlığı ölkələrinin parlamentləri ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən həyata keçirilən "Şərq Tərəfdaşlığında müasir və güclü parlament administrasiyası" layihəsində parlament aparatını təmsil edir.

Fərid Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Göründüyü kimi, F.Hacıyev Milli Məcslin strukturana yaxşı bələd olan, gənc yaşına rəğmən bu işlərdə bişmiş adamdır.

635x100

Şərhlər

ziko 2022-05-18 10:47:51

23 yashindan MM-de ishlemek popasina gore yox papasina goredir. Qocani etliye gonderib yerine cavani bagliyiblar.

Eldəniz 2022-05-18 07:39:01

Azərbaycanda Zakir Həsənovdan başqa əsgər gedən nazir olamyib və MM deputatları da əksəriyyəti əsgər getməyib , səfirlər də çoxu əsgər getməyib ..Məncə hərbi xidmətə getməyib yüksək vəzifə tutan məmurlar ən çox bizim ölkədədir ..Qardaş Türkiyədə isə əksinə ..

Fərrux 2022-05-18 02:20:40

Nə dəyişəcək ki? Əminəm ki, heç nə.

Eli 2022-05-17 21:17:21

Allah xeyirli ve uğurli etsin.

Səbuhi 2022-05-17 20:18:34

Xeyirli uğurlu olsun.

İzləyici 2022-05-17 19:09:13

Nə "doğru" nəticəyə gəlmisiniz?!

pensioner 2022-05-17 18:50:16

Orduda xidmət edib?

t.ədalət 2022-05-17 18:45:51

Görəsən, bu da rusdilli və Səfa Mirzəyevin millətindəndir?

Qərib 2022-05-17 18:25:12

,,,,,,,,,,, Safo Mirzoyi necə Azərbaycanda əvvəl Ali Soverdə,sonra Milli məclisdə niyə uzun müddər saxlanılıb? Bunun sirrini nə zaman açılacaq?

Cəmil 2022-05-17 18:20:31

Bu niyə dikbaşdır?Fotosuna diqqətlə baxın.

Son yazılar