Menu

“Azovstal”da yaralanmış ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

17.05.2022, 14:48
“Azovstal”da yaralanmış ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk teleqram səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən gün zavoddan ağır yaralanmış 52 ukraynalı hərbçi təxliyə edilib. Vereşçuk vurğulayıb ki, onların vəziyyəti stabilləşdikdən sonra rusiyalı əsirlərlə mübadilə ediləcəklər.

Ukrayna Baş nazirinin müavini humanitar əməliyyatın növbəti mərhələləri üzərində çalışdıqlarını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol