Menu

"Finlandiya və İsveçin NATO-ya üzvlüyü təhlükəsizliyimizə töhfə verəcək" - Baş katib

17.05.2022, 17:11
"Finlandiya və İsveçin NATO-ya üzvlüyü təhlükəsizliyimizə töhfə verəcək" - Baş katib

“İsveç və Finlandiya üzvlük üçün NATO-ya müraciət etmək qərarına gəlsələr, bu, tarixi an olar”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Onların üzvlüyü bizim ümumi təhlükəsizliyimizə töhfə verəcək. Həmçinin bu, NATO-nun qapısının hər kəsə açıq olduğunu və hərbi təcavüzün kimsəyə fayda vermədiyini bir daha göstərəcək”, - o söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol