Menu

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirib

18.05.2022, 12:29
Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirib

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına münasibət bildirib.

Agentliyin sədr müavini Azadə Hüseynova "Report"un sualına cavab olaraq bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir.

Onun sözlərinə görə, Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlandandır:

"Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq və işləyirik. Bu istiqamətdə işlərimizi davam etdiririk. Orxan Fikrətoğlunun təyinatına gəlincə, bizim üçün önəmli Azərbaycan turizminin dünyada lazımi səviyyədə təbliğ olunmasıdır. Çünki istənilən sahənin inkişafında təbliğatın böyük rolu var. Hesab edirəm ki, Orxan Fikrətoğlunun da bu sahədə kifayət qədər təcrübəsi var və bizə dəstəyini göstərəcək. Artıq onun gördüyü işlər göz qabağındadır. Bu sahədə olan digər mütəxəssislərə də qapımız hər zaman açıqdır".

"Bu gün də Tahir Əmiraslanovla əməkdaşlığı davam etdiririk. Çünki o, bu sahədə ekspertdir. Nəinki Tahir Əmiraslanovla, eləcə də xarici ekspertlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətimiz davam etdiriləcək" - sədr müavini əlavə edib.

Şərhlər

Camaat 2022-05-19 11:24:16

AXSAQ atın ,KOR nalbəndi.

Leyla 2022-05-18 14:19:33

Azadə hüseynovanın aldığı verdiyi nəfəs də yalandır. Tahir Əmiraslanovla olan konfliktinə görə yenə sədr Fuad nağıyevin qulağını dolduraraq onu işdən azad etdirdi. Tahir müəllim əlbətdə hərşeyi demir ama lazım olanı bilir. Azadə girə-girə, yalandan danos ötürə-ötürə özünü sədr müavini seçdirdi. Əli gücləndikdən sonra isə hikkəsi ilə yaltaq və satqın olmayan dürüst insanları işlərindən fuadla birgə uzaqlaşdırdı. Azadə hara turizm mədəniyyət sahəsi hara! O xüsusi rabitə xidmətində işləməliydi. Yaxşı danos ötürür və kiminsə haqqında məqsədyönlü rəy yaradır! Qabiliyyətinə uyğun işləməlidir! Agüntlikdə hamı onu yaxşı tanıyır və necə sədr müavini seçilib bilinir. Onun mindiyi qatar reys üzərində deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol