"AZOVSTAL"da NƏ BAŞ VERİR? - Rusiya 700 hərbçinin təslim olduğunu deyir, ancaq...

“Mariupolun "Azovstal" zavodunda mühasirəyə alınmış 700-ə yaxın ukraynalı silahlı son 24 saat ərzində təslim olub”. 

“AzPolitika.info” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.

"Mariupolda "Azov" millətçi bölməsinin yaraqlıları və ukraynalı hərbçilər təslim olmağa davam ediblər. Ötən sutka ərzində 694 yaraqlı təslim olub, o cümlədən 29-u yaralanıb", - o deyib.

Konaşenkov qeyd edib ki, cəmi iki gün ərzində 959 yaraqlı silahı yerə qoyub, onlardan 80-ni yaralanıb. Yaralılardan 51-i stasionar müalicə tələb edirdi, onlar "DXR"in Novoazovsk xəstəxanasına göndərilib.

Ukrayna Müdafiə nazirinin müavini Hanna Malyar isə deyib ki, döyüşçülərin buraxılması, eləcə də zavodda qalanların çıxarılması üçün danışıqlar davam edir.

Rəsmilər hazırda “Azovstal”da neçə adamın qaldığını açıqlamayıblar. Mayın 16-da zavoddan 264 ukraynalı döyüşçü, o cümlədən ağır yaralılar çıxarılıb və Rusiyanın nəzarətində olan əraziyə aparılıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ən nüfuzlu beynəlxalq vasitəçilərin hazırda danışıqlara cəlb olunduğunu söyləyib.

Britaniya Müdafiə Nazirliyinin mayın 18-də yaydığı məlumata görə, Ukraynanın sərt müqaviməti Moskvanı Mariupol və Luqanska minlərlə çeçen döyüşçünü cəlb etməyə vadar edib, bu isə Ukraynada ciddi resurs problemləri olduğunu göstərir.

“AzPolitika.info”

635x100

Şərhlər

lala metin 2022-05-18 15:59:24

Urraynada yox Rusiyada ciddi resurs problemi var cümlə bele yazilmaliydı

Son yazılar