Menu

AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb – QSC niyə ziyanla işləyir?

18.05.2022, 14:46
AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb – QSC niyə ziyanla işləyir?

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.

QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Balans kapitalının çatışmazlığı 9% artaraq 779,760 milyon manata yüksəlib.

“AzPolitika.info”

Şərhlər

Camaat 2022-05-19 11:14:37

Ziyan yox talan edilmiş milyardlar deyilsə daha məqsədə üyğün olar.

lala metin 2022-05-18 16:09:56

Bütün dünyada ən baha biletlər və borc _analoqsuz AZAL.

Eli 2022-05-18 14:54:37

Ölkenin “Erköyün” memuru,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol