Noyabrın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.
Dövlət himni oxunduqdan sonra Mərkəzin rəisi polkovnik Nazim Əlibəyov kursu müvəffəqiyyətlə bitirən məzunların müxtəlif ixtisaslar üzrə xidmətlərini davam etdirmək üçün hərbi hissələrə yola salınacağı barədə məruzə edib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov geniş və proqram xarakterli nitqlə çıxış edib. Nazir əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək, orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı

Müdafiə naziri tədbirdə iştirak edən şəxsi heyətə müraciətlə deyib:“Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu “Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır” - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir.
Vətənimizin ciddi sınaqlar qarşısında qaldığını və torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı



Şərhlər