Menu

Putin Türkmənistan Prezidentini təltif edib

18.05.2022, 17:06
Putin Türkmənistan Prezidentini təltif edib

Rusiya Prezidenti Vladimir Putin türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədovu təltif edib.

“Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Dövlət başçısının sərəncamına əsasən, Türkmənistan lideri Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub.

Xatırladaq ki, S.Berdiməhəmmədov martın 12-də Türkmənistan Prezidenti seçilib. O bu vəzifədə atası Qurbanqulu Berdiməhəmmədovu əvəzləyib.

Şərhlər

t.ədalət 2022-05-18 18:20:42

Belə təltiflər imperiyanın müstəmləkə zəncirinin görünən həlqələridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol