Menu

Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü

18.05.2022, 20:09
Foto və videoları ilə şantaj edilən qız özünü öldürdü

Mayın 8-i saat 22 radələində Şəki rayon sakini A.B-nin (şərti) yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindəki ağacdan özünü asaraq intihar etməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Şəki rayon Prokurorluğundan  verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilib ki, Bakı şəhər sakini S.M (şərti) A.B-yə məxsus rüsvayedici foto və məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək sonuncunu özünü öldürmə həddinə çatdırıb.

17 may 2022-ci il tarixdə S.M Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Şərhlər

ədalət tərəfdarı 2022-05-18 22:12:05

Bu alçağa ən ağır cəza verilməlidir. Xalq zülümnən uşaq böyüdür, bu əclaf isə uşağı intihara məcbur edib.

t.ədalət 2022-05-18 20:49:35

Özünü rüsvayçılıq həddinə çatdırmış qadının intiharı onun yaşamasından yaxşıdır.Tərbiyəsiz adamlar ölkənin nizamını pozur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol