Menu

İŞİD burada yarandı

06.11.2014, 00:20
İŞİD burada yarandı

İŞİD lideri Əbu Bəkir əl-Bağdadi 5 il bu həbsxanada yatıb

Bütün dünyanın başına bəla olan İŞİD terror təşkilatının yarandığı məkan məlum olub.

ANS PRESS-in məlumatına görə, The Washington Post qəzeti bu yerin ABŞ-ın Küveytdə qurduğu Bucca Həbsxanası olduğunu iddia edib. İŞİD-in ən yüksək səviyyəli rəhbər şəxslərin 9-nun bu həbsxanada tanış olduğu ehtimal olunur. Həmin şəxslərin həbsdən çıxdıqdan sonra terror qruplaşması yaratdığı vurğulanır.

Qərb mediası xəbər verir ki, Bucca həbsxanasında ən təhlükəli radikal dindarların saxlanılıb. 100 min adamın saxlanıldığı həbsxanadan məhbusların azad olunmasına sevinmədiyini deyən polis rəisi Sad Abbas Mahmud deyib ki, azad olunanların 90 faizi əvvəlki peşəsini davam etdirəcəyini bildirirmiş: "Bu adamlar bağçaya çiçək əkmirdilər, bayıra çıxıb gəzmirdilər. Problemin ciddi olduğu o zamandan bəlli idi. Təəssüf ki, İraq hökuməti və səlahiyyətliləri problemin nə qədər böyüyəcəyinin fərqinə varmadılar".

Məhkumların daha da radikallaşması üçün əlverili şəraitə sahib Bucca həbsxanasında İŞİD lideri Əbu Bəkir əl-Bağdadi 5 il həbsdə olub.

Bucca həbscanasında radikal dindarların ABŞ kəşfiyyatı tərəfindən "verbovka" olunduğu da istisna olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol