Menu

“Türkiyə mühüm NATO ölkəsidir və onun xüsusi təhlükəsizlik problemləri var” - Baş katib

19.05.2022, 19:34
“Türkiyə mühüm NATO ölkəsidir və onun xüsusi təhlükəsizlik problemləri var” - Baş katib

“Türkiyə ilə dialoq aparırıq”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Danimarkada Baş nazir Mette Fredriksenlə keçirdiyi mətbuat konfransında deyib.

“Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı qərarlar tez qəbul edilməlidir. NATO-da fikir ayrılıqları var və bu yeni deyil, problemlər həll olunacaq. Türkiyə ilə dialoq aparırıq. Türkiyənin ifadə etdiyi narahatlıqları müzakirə edirik.

Biz etiraf etməliyik ki, Türkiyə mühüm NATO ölkəsidir və onun xüsusi təhlükəsizlik problemləri var. Ona görə də biz oturub həll yolu tapmağa çalışırıq”, - Baş katib bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol