Menu

ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib

19.05.2022, 21:36
ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib

ABŞ Senatı Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib. "Report" xəbər verir ki, Senatın iclasını C-SPAN telekanalı yayımlayıb.

Layihə lazımi səs çoxluğunu toplayıb.

Sənəd imzalanması üçün ABŞ Prezidenti Cozef Baydenə göndəriləcək.

“Washington Post” yazır ki, Ukrayna İsrail və Misiri qabaqlayaraq, ABŞ-dan ən çox hərbi yardım alan ölkədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol