Məmməd Talıblının imza günü keçiriləcək - Yeni kitabının təqdimatı olacaq + FOTO

22 may "Kitabevim"də iqtisadçı-ekspert Məmməd Talıblının imza günü keçiriləcək. İmza günündə M.Talıblının "İqtisadi vektor və strateji seçim" kitabının təqdimatı olacaq. 

"AzPolitika" xəbər verir ki, kitabda iqtisadçının Azərbaycanın xarici iqtisadi əlaqələrinin, son illərdə iqtisadi vektorunu hansı istiqamətə yönəltməsinin təhlili, ölkəmizin gələcəkdə etməli olduğu strateji seçimlərin əsaslandırılması ilə bağlı müstəqil düşüncələri yer almışdır. 

Eyni zamanda əsər müəllifin son ayların ən aktual mövzusu olan Rusiya-Ukrayna savaşı kontekstində Azərbaycanın getməli olduğu yola işıq salmaq cəhdidir. Kitab xüsusilə ictimai-siyasi vəziyyətlə maraqlananlara, ictimai xadimlərə və iqtisadçılara ünvanlanmış bir ərmağandır. Kitabın fəsillərini və mövzularını aşağıdakı istiqamətlər təşkil edir:

I Fəsil. CƏNUBİ QAFQAZ İQTİSADİYYATI. MÜHARİBƏ İTKİLƏRİ VƏPOSTMÜHARİBƏ DÖVRÜ

İqtisadiyyatımızın “sendviç” kefi............................................

Müharibə iqtisadiyyatının fəsadları..........................................

Növbəti avantürist ideya ...........................................................

“Birə effekti” və milyarder ruhu........................... ......................

Ermənistandan təzminat tələbimiz................................................

Cənubi Qafqaz ölkələrinin ixrac xəritəsi....................................

Qarabağa investisiya cəlbi: buna necə yön verməli?....................

II Fəsil. MDB COĞRAFİYASI: “LƏNƏTLƏNMİŞ DAİRƏ”DƏN NECƏ ÇIXMALI?

Rusiyanın siyasi orbitinin fəsadları ......................................

Lukaşenko: itirdiyi etimad və qazanmaq istədiyi kredit..........

Bandit kapitalizmi..................................................................... 

Azərbaycan MBD məkanında ..............................................

Rusiya Azərbaycanı pomidorla “vurur”.......................................

Ukrayna-Rusiya: uduzan “qalib” .................................................

Rusiyanın SWIFT dərdi ............................................................

Rusiyanın ərazisi, əhalisi və iqtisadiyyatı......................................

III Fəsil. AVROPA İTTİFAQI: AZƏRBAYCANIN STRATEJİ SEÇİM ANI

Avropadan görünən iqtisadiyyatımız...............................................

Şərq Tərəfdaşlığı Proqramı: gözləntilər və nəticələr........................

Rusiyaya üz tutmaq və Avropadan pay almaq.................................

ÜTT-nin “qapı”larını niyə açmalı? ...................................................

Strateji seçim alternativləri .....................................................

Azərbaycan strateji seçim anında....................................................

IV Fəsil. AZƏRBAYCAN-TÜRKİYƏ İQTİSADİ ƏLAQƏLƏRİ.İMKANLAR VƏ REALLIQLAR

Türkiyə çadır dövləti deyil ...........................................................

Türkiyənin seçki dərsləri...........................................................

Türkiyədə lirə niyə dalğalanır?..........................................................

AKP iqtidarının iqtisadi tərəfləri.......................................................

Ərdoğanın mifik iqtisadi baxışı........................................................

Dollardan imtinanın paradoksu............................................

AKP-nin monetar hədəfləri və reallıqlar...............................................

Svop (swap) müqavilədən gözləntilər..................................................

Türkiyə-Azərbaycan iqtisadi potensialının açılmayan tərəfləri.......

Türkiyə iqtisadiyyatına töhfəmiz......................................................... 

V Fəsil. MEQATRENDLƏR, QLOBAL ÇAĞRIŞLAR VƏ PANDEMİYA

Qlobal iqtisadiyyatın kiçilməsi.................................................

Qlobal borc balonu partladı.........................................................

FED niyə “ayağını qaza basır”? .................................

ABŞ-İran qarşıdurması: Azərbaycana mümkün təsirləri..................

Beynəlxalq hesabatlarda biznesimizin “rəng”i............................

Koronavirus vergisi.....................................................

Dövlətin pulu və “sevgi kapsulu” ....................................

Pandemiya gözləntiləri və düşüncələri

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar